Accessibility links

Prezident Bayden Nyu York qubernatorunu istefa verməyə çağırıb


Endryu Kuomo
Endryu Kuomo

Nyu York ştatının baş prokurorunun çərşənbə axşamı ştatın qubernatoru Endrü Kuomonun federal və ştat qanunlarını pozaraq, çox sayda qadına cinsi təcavüz etdiyi barədə hesabatını açıqlamasından sonra ABŞ Prezidenti Co Bayden onun istefa verməli olduğunu deyib. Kuomo bu ittihamları qəti şəkildə rədd edib.

"Düşünürəm ki, o istefa verməlidir" - deyə, Bayden çərşənbə axşamı günortadan sonra Vaşinqtonda keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

Nyu York ştatının Baş prokuroru Letişa Ceyms Kuomonun ştat hökumətində çalışan 11 hazırkı və keçmiş işçisini hədəf aldığını deyib.

Ceymsin dediyinə görə, araşdırmalar zamanı Kuomonun davranışında arzu olunmayan öpüşlər, qucaqlamalar, toxunmalar və qəbuledilməz qeydlər kimi hərəkətlər aşkar edilib.

Nyu York ştatının Baş prokuroru Letişa Ceyms
Nyu York ştatının Baş prokuroru Letişa Ceyms

Baş prokuror araşdırmalar nəticəsində Demokrat qubernatorun onun hərəkətlərindən şikayət edən bir keçmiş işçisindən qisas aldığının da müəyyən edildiyini deyib.

Albanidə keçirdiyi mətbuat konfransı zamanı Kuomo "heç kimə nalayiq şəkildə toxunmamışam" deyərək, ona qarşı irəli sürülən ittihamları rədd edib.

"Mən bu deyiləm və heç vaxt da olmamışam" - deyə, o bildirib.

Bayden hələ mart ayında istintaqın təcavüz iddialarını təsdiqlədiyi təqdirdə onun kimi Demokrat olan Kuomonun istefa verməli olacağını demişdi.

Ştatın baş prokurorunun işə aldığı iki kənar prokuror tərəfindən aparılan təhqiqat təxminən beş ay davam edib. Onlar şikayətçilər, qubernatorluğun hazırkı və keçmiş üzvləri, hərbi qulluqçular və digər dövlət işçiləri də daxil olmaqla, 179 nəfərlə danışıblar.

Ceyms təhqiqatlara bunları "etiraf edən qəhrəman qadınlar" səbəbindən başlandığını deyib.

Hesabatın açıqlanmasından qısa müddət sonra Kuomonu ittiham edənlər onun dərhal istefa verməsini tələb edib. Onlardan biri Şarlott Bennett Twitter-də "@NYGovCuomo, İstefa ver" yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG