Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinə edilən terror hücumu zamanı dağılan metro stansiyası 17 ildən sonra yenidən açılıb. Cortlandt Street metro stansiyasının bərpasına 181.8 milyon dollar xərclənib. Terror hücumundan sonra ticarət mərkəzinin binaların dağılaraq, metronun bu stansiyasına çökdüyünə görə onun dağılan tavanı bütünlüklə inşa edilməli, dəmir yolu xəttinin böyük hissəsi dəyişməli idi.
Keçən şənbə günü Kortlandt dəmir yol stansiyasına gələn ilk qatar həyəcan və alqışlarla qarşılandı. "Mən inana bilmirəm, 17 ildən sonra o burada yenidən dayanacaq" deyə, Nyu-York sakini bildirir.
Bu, yeni bərpa edilmiş stansiyada Ann Hamiltonun "Xor" adlı mozaikasını görmək olar. Bu əsərdə Amerikanın 1776-cı ildə qəbul edilən müstəqillik Bəyannaməsi və BMT-nin İnsan Haqları Deklarasiyasından parçalar var. Metropolitan Transportationdən Endi Bayford: "Nyu-Yorkun bu xüsusi bir yerində olan metro stansiyasını bərpa etmək üçün son 3 ildə biz çox işlədik. Bu, çox həyəcanlıdır. Bu, 11 sentyabrda həlak olanlara ehtiram deməkdir."
2001-ci il terror hücumlarından sonra üst qatdakı inşaat işləri çox vaxt apardığına görə metroda bərpa işləri gec başladı.
Lakin layihə vaxtında, Amerikada ən dəhşətli hücumun 17-ci ildönümü ərəfəsində başa çatdı. İki təyyarənin Dünya Ticarət Mərkəzinin qoşa binialarına etdiyi hücum zamanı 2700-dən çox adam ölüb, minlərlə insan yaralanıb. Vatler Matuzanın atası Şimal Qülləsinə hücum zamanı ölüb. O zaman onun 10 yaşı var idi. "Burada olmaq və Dünya Ticarət Mərkəzinin şəklini çəkmək doğrudan da gözəl işdir."
Nəqliyyat rəsmiləri deyir ki, Kortlandt təkcə yeni bir stansiya deyil, bu, həm də Nyu-York sakinlərinin bərpa əzmi və Dünya Ticarət Mərkəzinin ətrafının daha da gözəlləşdirilməsi istəyinin rəmzidir.