Polis cümə günü səhər saatlarında Nyu-Yorkun Aşağı Manhattan ərazisindəki metro-stansiyadan insanların evakuasiyasına səbəb olan iki şübhəli cihazın partlayıcı qurğular olmadığını bildirib.
Nyu-York Polis İdarəsinin rəisi Ceyms Uoters Twitter səhifəsində bomba zərərsizləşdirən qrupun cihazları 'Fulton Street' metro-stansiyasında aşkar etdiyini yazıb.
Uoters səhifəsinə aşkar edilən qazana-bənzər cihazların şəkillərini də yerləşdirib.
`Şübhəni onların orada yerləşdirdiyi cihazların elektron qurğular və ya bomba olduğunu bildirmək istəmələri doğurur` deyə qubernator Endryu Kuomo WCBS-AM-ə verdiyi şərhində bildirib.
Cihazlar təxminən səhər saat 7-də 2 və 3 nömrəli qatarlarda aşkar edilib.
Stansiya Ümumdünya Ticarət Mərkəzinin yaxınlığında, insanların sıx olduğu bir tranzit mərkəzidir.
2017-ci ildə də bir intiharçı Times Meydanındakı metro stansiyanın yeraltı keçidində əldəqayırma bombanı partladaraq özünü ciddi yaralamışdı.