Accessibility links

Nyu-York metrosunda “Music Under New York”


Nyu-York metrosunda “Music Under New York”
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Bəziləri Nyu-York Metro-stansiyalarındakı musiqiçilərin bir az pul qazanmaq, bir az da ətrafdakıları əyləndirmək istədiklərini düşünür. Lakin bu belə deyil. Metro-stansiyalarda çıxış edən bu musiqiçilər gələcəkdə böyük səhnələrdə çıxış etmək üçün bir-biri ilə rəqabət aparır. “Music Under New York” - “Nyu-Yorkun altında musiqi” proqramı 1985-ci ildən fəaliyyət göstərir.

Musiqiçilər Nyu-Yorkun izdihamlı metro-stansiyalarında çıxış edir. Lakin bu, şəhərin məşhur nəqliyyat sistemindəki təcrübənin bir hissəsidır. Stansiyalarda çıxış etməzdən əvvəl musiqiçilər yaxşı pul gətirən yerlər üçün dinləmələrdən keçməlidir. “Music Under New York” proqramı dinləmələri 1985-ci ildən bəri keçirir. Musiqiçi Qreq Holt: “Bu mənə həm pul, həm də tanınmam üçün lazımdır.”

Artıq 400-dən çox musiqiçi Nyu-Yorkun ictimai nəqliyyat sisteminin melodik kakofoniyasının bir hissəsidir. Və hər il onların sayı artmaqda davam edir. Burada ifa böyük uğur deməkdir. Yanvar ayından bəri bu proqrama minlərlə musiqiçi qatılıb. Finala isə 300 nəfər çıxıb ki, onların arasından cəmi 20 nəfər seçiləcək. “Bilirsiniz, Nyu-Yorkun metro stansiyalarında dünyanın hər yerindən musiqiçilər ifa edir. Əgər 5 saniyəlik musiqimi dinləsələr, mən bir bəstəkar kimi bir çox ruhlandırıcı bəstəkarın istədiyinə nail ola bilərəm" - deyə, musiqiçi Genu bildirir.

Ness Dov: “Siz bu insanları tanımırsınız. Onlar çox halda harasa tələsir, çoxları əsəbidir. Lakin mən cəsarətimi toplayıb, bunu etdim və həyatım dəyişdi. Mən insanlarla ünsiyyətə başladım.”

Burada ifaçılar əsas ifa keyfiyyəti, repertuar və harmoniya kimi meyarlarla seçilir. Bir vacib meyar da var, bu da qatarların səsini batırmağı bacaqmaq.

Proqramın başçıları müxtəlif təbəqələrdən olan hakimlərin sərt və tələbkar olduqlarını deyirlər. Onların arasında rejissorlar, musiqiçilər, aktyorlar və menecerlər var. “Music Under New York” proqramının direktoru Sandra Blodvorz: “Mən musiqini və sənəti sevirəm. Mən bunun insanlara necə təsir etdiyini bilirəm. Əgər siz tənhasınız və qanınız qaradırsa, bir musiqi parçası, və ya bir gözəl sənət əsəri sizin əhval-ruhiyyənizi dəyişə bilər.”

İstər caz, istər klassik, istərsə də xalq musiqisi, solo və ya qrup – Nyu-York metrosunda bunların hamısı var.

XS
SM
MD
LG