Accessibility links

Nyu York hücumunun qurbanlarının xatirəsi yad olunub


Çərşənbə insanlar Nyu Yorkda ondan bir gün öncə hücumçunun Manhettendə kirayə götülürmüş maşını velosiped cığırına sürməsinə nəticəsində həlak olan səkkiz nəfərin xatirəsini yad etmək üçün şamlar yandırıblar.

Onlar həm də sülh və terrora qarşı həmrəkliklə bağlı mahnılar oxuyub.

Seyfulla Saipov kirayəyə götürülmüş yük maşınını Nyu Yorkda izdihamlı velosiped çığırına sürüb daha sonra məktəb avtobusuna çırpılaraq, 8 nəfərin ölümünə, dörd nəfərin yaralanmasına səbəb olmaqda ittiham olunur.
Saipov maşını əlində peintbol və pellet silahları ilə tərk edib, lakin qısa müddət ərzində poils tərəfindən qarnından vurulub.

Federal prokurorlar Saipova qarşı rəsmi olaraq terror ittihamları irəli sürüb və onu hücumu həyata keçirməyə İslam Dövləti qrupunun onlayn çağırışlarının təşviq etdiyini bildirib.

Polis deyir ki, xəstəxanada səhhəti bərpa olunan Saipov bayram edir. Bu isə prezident Donald Trampın sərt cavabına səbəb olub. O, Twitter hesabında Saipovun ölüm cəzasına məhkum olunmalı olduğunu yazıb.

Bundan əlavə prezident Twitterdə ölkəyə daxil olan xaricilərin daha sərt yoxlanışlardan keçmələrinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG