Accessibility links

Tramp və Kuşnerin pul köçürmələri Deutsche Bank-da şübhə yaradıb


Deutsche Bank-ın çirli pullların yuyulaması əməliyyatlarını araşdıran mütəxəssisləri 2016- 2017 illər ərzində ABŞ prezidenti Donald Tramp və onun kürəkəni Cared Kuşnerin nəzarət etdiyi şirkətlərin çoxsaylı pul köçürmələrinin təftişinə dair tövsiyələrlə çıxış edib.

New York Times bankın 5 sabiq və indiki işçisinə istinadən yazıb ki, Tramp və Kuşnerə milyardlarla dollarlıq kredit verən Almaniya bankının rəhbərliyi öz işçilərinin məsləhətlərinə məhəl qoymayıb. Bu məlumatlar heç vaxt ölkə rəhbərliyinə çatdırılmayıb.

Trampın artıq mövcud olmayan hesablarına pül köçürülmələri kompüter sistemində xəbərdarlıqlara səbəb olub.

Bankın əməkdaşlarının bundan sonra pul köçürmələrinin analizi zamanı aşkar etdikləri faktlar üzrə maliyyə cinayətkarlığı ilə bağlı Ədliyyə Nazirliyinə göndərməli olduqları hesabatlarlar hazırladıqları bildirilib.

New York Times yazır ki, bank əməkdaşları pul köçürmələri ilə bağlı əməliyyatların açıqlanmamsının bankın çirkli pulları yuması fakıtının gizlədilməsi mahiyyəti daşıdığını düşünür.

Onlar hesab edir ki, hesabatların açıqlanmaması bankın zəngin müştərilərini itirmək istəməməsi ilə əlaqəlidir.

Bank işçilərindən biri bu əməliyyatlardan narazılığını bildirdikdən sonra işdən kənarlaşdırıldığını deyib.

Trampın aktivlərini idarə edən Trump Organization-nın təmsilçisi New York Times-a şübhəli hesab edilən bank əməliyyatlarından xəbərsiz olduğunu deyib. O,Trump Organization-nın Deutsche Bank-da hesabı olmadığını bildirib.

“New York Times-ın materiallarla bağlı ideyası təkəndikdə, qəzet saxta qalmaqallı məlumatlar yaymağa əl atır” - deyə, Kushner Companies-in nümayəndəsi Reuters-ə bildirib.

Deutsche Bank və Trump Organization şərh verməkdən imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG