Accessibility links

“Uoll striti zəbt edin” hərəkatının birinci ildönümüdür


Bu gün Nyu Yorkun maliyyə mərkəzində “Uoll striti zəbt edin” hərəkatının ildönümü münasibəti ilə nümayiş təşkil edilib. Səhm birjası qarşısında toplaşan kütlə yol hərəkətinə mane olaraq, tıxaclar yaradıb. Həbs olunanlar var.

Təşkilatçılar aksiyanın ədalətli və davamlı dünya naminə keçirildiyini deyirlər.

Ötən il sentyabr ayının 17-də nümayişçilər etirazlarını Nyu Yokrda düşərgə salaraq bildirmişdi. Hərəkat paytaxt Vaşinqton da daxil edilməklə, ABŞ-ın bir sıra şəhərlərinə yayılmışdı.

Aksiya bankçılıq sahəsində islahatlar, ətraf mühitin mühafizəsi və maliyyə problemləri ilə bağlı idi.

XS
SM
MD
LG