Accessibility links

Nyu Yorkda məscid inşasının təşəbbüskarı İmam Feysəl qalmaqala reaksiya verdi


İmam Feysəl deyib ki, seçkilər dövrünün İslam mərkəzinin tikilməsinə böyük təsirinini olmasına dair heç bir şübhə yoxdur

2001-ci il 11 sentyabr terror hücumlarına səhnə olan “Zero Ground” yaxınlığında İslam mərkəzinin tikintisinin təşəbbüskarı bildirib ki, layihənin əlehdarları az sayda insanlardan ibarət bir qrupdur və onların fəaliyyəti əslində ABŞ-da qarşıdan gələn seçkilərlə əlaqədardır. İmam Feysəl Əbdül Raufun komentariyası bu gün Abu Dabinin Milli qəzetində nəşr edilib. Rauf ABŞ-da müsəlmanların həyatını müzakirə etmək və dini tolerantlığı təşviq etmək üçün ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən səfərdədir. O, qəzetə deyib ki, seçkilər dövrünün İslam mərkəzinin tikilməsinə böyük təsirinin olmasına dair heç bir şübhə yoxdur. ABŞ konqres seçkilərini noyabr ayında keçirəcək. Rauf eyni zamanda bildirib ki, mübarizə müsəlmanlarla qeyri-müsəlmanlar arasında deyil, bütün təriqətlərə məxsus mötədillərlə radikallar arasındadır. Bütün ziyarətçilərə açıq olan təklif edilmiş 100 milyon dollar dəyərində mərkəzə məscid, idman zalları, teatr və restoran daxildir.

XS
SM
MD
LG