Accessibility links

Nyu Yorkda universitetlər pulsuz olacaq [Video]


Nyu Yorkda universitetlər pulsuz olacaq
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Nyu York dörd-illik universitet tələbələrini pulsuz təhsillə təmin edən ilk ABŞ ştatı olacaq. Nyu York qubernatorunun təqdim etdiyi, daha sonra isə ştat parlamentinin təsdiq etdiyi bu təşəbbüs müəyyən gəlir həddinin altında olan insanlara şamil olunacaq və beləliklə bir milyona yaxın işçi sinif ailərərinin təhsil haqlarını qarşılayacaq.

Prezident seçkisi kampaniyası zamanı müzakirə olunan pulsuz təhsil artıq Nyu-Yorkda reallığa çevrilir. 150 milyon dollarlıq illik təhsil haqqı proqramı olan “Excelsior Təqaüdü” ABŞ dövlət universitetlərində ödənişsiz təhsil çağırışlarına bir cavabdır.

Nyu Yorkun qubernatoru Endryu Kuomo bu çağırışlara illik 125 min dollardan aşağı gəliri olan ailələrin tələbələrinə yönəlmiş proqramla səs verib.

Nyu Yorklu universitet tələbələri Tereza Lafferti və Nik Keil deyir ki, bu proqram bütün ölkəyə nümunə olmalıdır.

“Biz ömrümüzün qalan hissəsini qul kimi işləyib universitet borcunu ödəyirik”, deyə Tereza bildirir.

Nik Keil: “Mənim İngiltərə, Fransa və ya başqa Avropa ölkələrində yaşayan dostlarımın təhsil almaq üçün daha çox imkanları var, çünki orada təhsil haqqı çox ucuzdur və onların çoxu yüksək vergi ödəyir”.

Abituriyent Zaina və onun anası Farina Şərif kimi yüksək gəlirli ailələr üçün isə proqram faydalı deyil.

Farina Şərif: “Mən ümid edirəm ki, gələcəkdə onlar gəlir həddini artıracaqlar ki, biz də bu proqramdan faydalana bilək, çünki hazırkı şərtlər altında dörd illik universitet bizi 200 min dollarlıq borca salır”.

Zaina: “Mən təhsil haqqı tələb etməyən universitetlərə getmək istəyərdim, amma hazırda bəzi universitetlərin mənə təklif etdiyi maddi yardım təhsil haqqının böyük hissəsini qarşılamır”.

Tənqidçilər isə pulsuz təhsil təşəbbüsünün davamlı olmayacağını və büdcəyə mənfi təsir göstərəciyini deyir. Təhsil naziri Betsi DeVos da bu fikrə skeptik yanaşıb və namizədliyinin təsdiqi ilə bağlı dinləmədə “bu həyatda heç nə pulsuz deyil” deyib.

Nyu Yorkda “pulsuz təhsil” ştat sakinləri olan tələbələrin orta hesabla 7 min 7 yüz dollara qənaət etmələrinə yarım etsə də, onlar yataqxana, yemək və kitab kimi digər xərcləri özləri qarşılamalı olacaqlar.

Təqaüdün bir şərti olaraq, onlar universiteti bitirəndən sonra proqramdan faydalandıqları müddətə bərabər vaxt ərzində Nyu York ştatında yaşayıb işləməlidirlər.

XS
SM
MD
LG