Accessibility links

Nyu-Yorkun özbək icması inteqrasiya yolları axtarır [Video]


Nyu-Yorkun özbək icması inteqrasiya yolları axtarır
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Nyu-Yorkun özbək icması inteqrasiya yolları axtarır

Sayfullo Saipov Manhattanda həyata keçirtdiyi ölümcül hücumu həftələr öncəsindən planlaşdırmışdı. Mühafizə orqanları özbək mühaciri radikallaşdıran səbəbləri araşdırır. Sayfulla Nyu Yorkdan 32 km uzaqlıqda yerləşən Nyu Cersi ştatının Paterson şəhərində yaşayıb. Qonşuların bildirdiyinə görə, onlar hər hansısa qeyri-adi davranışla qarşılaşmayıblar.

Corc Vaşinqton Universitetinin Ekstremizmə dair proqramının araşdırmaçısı Bennett Klifford hesab edir ki, Nyu-York şəhəri bacarıqlı terrorla mübarizə bürosuna sahib olsa da baxmayaraq radikalizmə qarşı mübarizədə əlavə profilaktik yanaşmalara ehtiyac var.

“Avtomobillə həyata keçirilən hücumların qarşısını almaq çətindir. Buna baxmayaraq fərd hücum etmək qərarına gəldikdən hücumu həyata keçirən ana qədərki müddətdə onu başqa seçimlərə yönləndirə biləcək yollar ola bilər." - deyə, Klifford bildirib.

Nyu Yorkdakı özbək cəmiyyətinin fəallarının sözlərinə görə, çatışmayan şey xarici millətlərə dəstək olma proqramlarıdır.

“Biz gələcəkdə bir yerdə toplaşmaq və Özbəkistan məsələlərini müzakirə edə biləcəyimiz icma mərkəzinə sahib olmaq istəyirik. Amma indi belə bir yer yoxdur. İnsanların isə məlumatlanmağa ehtiyacı var. Beləliklə onlar bu məlumatı haradan axtarır? İnternetdən." Bu sözləri ictimai fəal İlkxonyon Kencabayev qeyd edib.

Prezident Tramp 2010-cu ildə Saipovun ABŞ-a daxil olmasını mümkün edən müxtəliflik viza lotereya proqramını ləğv edilməsini istəyir. Lakin, Türküstan Amerikan Assosiasiyasının nümayəndəsi Abdulla Kvaya deyir ki, terrorizmin heç bir dini yoxdur.

O ümid edir ki, ölkə yeni gələn immiqrantları inteqrasiya olunmağa və dilə uyğun əhatə dairəsi tapmağa təşviq etsə, o zaman insanlar üçün firavan bir cəmiyyət qurmaq daha asan olar.

XS
SM
MD
LG