Accessibility links

"O bizə çar deyil!"


Sank-Peterburq məhkəməsi “Yaz” hərəkatının koordinatorunu və Aleksey Navalnıy gərərgahının rəhbərini şəhərə dəymiş ziyana görə 7.3 milyon rubl (təqribən 193 min manat) cərimələyib. Boqdan Litvinov və Denis Mixaylov 2018-ci ilin mayında “O bizə çar deyil” mitinqi zamanı yaşıllıqları "korlamaqda" təqsirli bilinib.

Məhkəmədə müdafiə tərəfi prokurorluğun bitkilərin alış qiymətini 19 dəfə şişirtdiyini bildirib.

Müxalifətçi Aleksey Navalnıy bütün Rusiya üzrə “O bizə çar deyil” etiraz aksiyalarının təşəbbüskarıdır. O Tvitterdə yazıb: “Yanlış anlamayın, məhkəmə deyil, Putinin özü bizə bu cür cavab verir: Yanılırsız, mən sizin çarınızam.”

2018-ci ilin may ayında Sankt-Peterburq məhkəməsi artıq Mixaylovu təşkilatın qanunlarını ikinci dəfə pozduğuna və minitq keçirdiyinə görə 300 min rubl (7700 manatdan çox) cərimələyib. Bu rəqəm Peterburq üçün rekord idi.

Denis Mixaylov 'Nastoyaşeye Vremya'-ya deyib ki, onu aksiyanın anonsunu yaydığına görə cəzalandırıblar. 2018-ci ilin əvvəlindən Mixaylov müxtəlif aksiyaların təşkili və iştirakına görə xüsusi məntəqədə iki ay yarım keçirib. O sonuncu dəfə “O bizə çar deyil” aksiyasına görə 25 günlük həbs olunub və iyunun 29-da azadlığa buraxılıb.

2018-ci ilin mayında Rusiyanın onlarla şəhərində Vladimir Putinin növbəti dəfə president seçilməyinə qarşı “O bizə çar deyil” adli etiraz aksiyaları keçirilib.

Mitinqlər müxalifətçi Aleksey Navalnının silahdaşları tərəfindən təşkil olunub. Bütün ölkə boyu 1600 nəfər həbs olunub.

Etiraz aksiyasından sonra Navalnının igamətgahında axtarışlar keçirilib və onun silahdaşları həbs edilib. Onlar razılaşdırılmamış ictimai tədbir təşkil etməkdə ittiham olunublar.

XS
SM
MD
LG