Accessibility links

Prezident Obama: Rusiyaya qarşı ölçülər götürəcəyik!


ABŞ Prezidenti Barak Obama deyir ki, Birləşmiş Ştatlar Rusiya və ABŞ seçkilərinə müdaxilə etməyə çalılşan istənilən xarici hökumətə qarşı addımlar atacaq.

Heç şübhəsiz, xarici hökumət bizim seçkilərin bütövlüyün sual altına almağa çalışırsa, biz əməli addımlar atmalıyıq. Və biz bunu edəcəyik.

“Heç şübhəsiz, xarici hökumət bizim seçkilərin bütövlüyün sual altına almağa çalışırsa, biz əməli addımlar atmalıyıq. Və biz bunu edəcəyik," deyə prezident Milli İctimai Radioya (NPR) müsahibədə bəyan edib.

“Bu hərəkətlərin bəziləri açıq-açkar, bəziləri isə şəffaf olmaya bilər.”

Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) bu qənaətə gəlib ki, Rusiya hakerləri Demokrat Partiyası funksionerlərinin emaillərinə hücum edərək Hillari Klintonun prezidentlik kampaniyasını rüsvay etməyə cəhd göstəriblər. CIA hesab edir ki, əməliyyatın məqsədi Donald Trampın ötən aykı seçkilərdə qələbəsinə yardım göstərmək olub.

Ağ Ev rusiyalı hakerlərin hücumlarının Hillari Klintonun seçkilərdə məğlub olmasında rol oynadığını hesab edir.
Ağ Ev rusiyalı hakerlərin hücumlarının Hillari Klintonun seçkilərdə məğlub olmasında rol oynadığını hesab edir.

Yüksək rütbəli Ağ Ev rəsmiləri deyirlər ki, bütün bunlar Rusiya prezidenti Vladimir Putinin bilgisi olmadan baş verə bilməzdi. Moskva ittihamları “gülünc cəfəngiyyat” adlandırıb.

Prezident Obama NPR-a bildirib ki, ABŞ kəşfiyyat agentlikləri bir çox dəyərləndirmələr həyata keçirirlər və o, konkret kimlərin hansı məqsədlə bu işdə əli olduğunun müəyyən edilməsini gözləyir.

“Amma bütün bunlar bizi o faktdan yayındırmamalıdır ki, rusiyalı hakerlərin işi Tramp kampaniyasından çox Klinton kampaniyası üçün problemlər yaradıb,” o, əlavə edib.

Əgər Rusiya, yaxud başqa bir tərəf hakerlikdə iştirak edibsə, Ağ Ev niyə bu qədər gözləyib?
Donald Tramp

Donald Tramp öz növbəsində Obama administrasiyasının haker əməlyyatı ilə bağlı indiyədək gözləmə mövqeyini tutmasını sual altına alıb.

“Əgər Rusiya, yaxud başqa bir tərəf hakerlikdə iştirak edibsə, Ağ Ev niyə bu qədər gözləyib? Niyə onlar yalnız Hillari seçkiləri uduzduqdan sonra şikayət ediblər?”

Obama hakerliyin Hillari Klintonu seçkilərdə uduzdurduğunu deməkdən imtina edib. Onun sözlərinə görə səsvermənin nəticələrinə bir çox amillər sirayət edib, lakin şübhəsiz, haker hücumları bu amillərdən biridir.

XS
SM
MD
LG