Kaliforniya ştatının Oaklend şəhərində baş verən yanğın səbəbi ilə ölənlərin sayı 33-ə çatıb. Binada aparılan axtarışdan sonra onların sayının artacağı təxmin edilir.
Elektronik rəqs mərasimi bir anda cəhənnəm alovuna çevrilib.
Polisin bildirdiyinə görə, ölənlərin əksəriyyəti gənclərdir. Onlar arasında 17 yaşından aşağı yeniyetmələr də var.
Yanğın dolu anbarın yerləşdiyi binada cümə günü gecə baş verib. Buradan nə yaşayış, nə də əyləncə üçün istifadə edilməsinə icazə vardı.
Rəsmilərin dediyinə görə, ikinci mərtəbədən yalnız taxta pillələrlə çıxış olub.
Yanğına nəyin səbəb olduğu müəyyənləşdirilməyib. Belə ki, binanın yalnız 20 faizində yoxlanış aparılıb.
Qonşuların insanların qeyri-qanuni şəkildə binada yaşadıqlarına və zibillərin qalandığına dair davamlı şikayətindən sonra noyabrın 13-də təhqiqata başlanılıb.
4 gün sonra binanın yoxlanışına gedən rəsmilər içəriyə daxil ola bilməyib.