Accessibility links

Prezident Obama 24 aprel mesajında yenə "soyqırım" sözünü işlətməyib


ABŞ prezidenti Barak Obama 24 aprel ermənilərin anıma günü münasibətilə açıqladığı mesajında əvvəlki illər olduğu kimi "soyqırım" sözünü işlətməyərək, erməni dilində "böyük fəlakət" demək olan "meds yeghern" ifadəsindən istifadə edib.

98 il əvvəl Osmanlı imperatorluğunun son günlərində öldürüldüyü, ya da ölümə göndərildiyi deyilən 1, 5 milyon erməninin xatirəsinə dünyanın digər yerlərində olduğu kimi, Amerikada da ehtiram göstərildiyini ifadə edən Obama 1915 hadisələri ilə əlaqədar görüşlərinin dəyişmədiyini bildirib.

Gerçəklərin qəbul edilməsinin hər kəs üçün faydalı olduğunu vurğulayan prezident Obama deyib ki, keçmişin ağrılı hadisələrini rədd etməyən ölkələr daha güclü ölkələrə çevrilərək, daha ədalətli və tolerant gələcəyin əsasını qoya bilir.

Qərargahı Vaşinqtonda yerləşən Amerika Erməni Milli Komitəsi prezident Obamanın 24 aprel bəyanatını kəskin tənqid edərək, onun “soyqırım” sözünü işlətməməsindən kəskin narazılığını ifadə edib.

Cənab Obama senator və 2008-ci ildə prezidentliyə namizəd olduğu zaman ermənilərin iddia etdiyi soyqırımın tanınmalı olduğunu bildirmişdi. Lakin prezidentliyinin birinci dönəmində hər dəfə 24 aprel mesajında o özündən əvvəlki Amerika prezidentləri kimi “soyqırım” ifadəsini işlətməkdən imtina etmişdi.

Prezident Obama administrasiyası “soyqırım” ifadəsinin ABŞ və Türkiyə arasında münasibətlərə zərər vura biləcəyini bəyan etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG