Accessibility links

Barak Obama Yaponiyadadır


Yaponiyanın baş naziri Şinzo Abe ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı sabiq hərbi dəniz donanması əsgərinin Okinava hərbi baza yaxınlığında 20 yaşlı yapon qadının qətlində iştirakını etiraf etməsinin Yaponiyanı dərin naraht etdiyini deyib.

Baş nazir son hadisəyə görə ölkəsinin şok keçirdiyini ifadə edib.

Böyük Yeddiliyin samimiti cərçivəsində görüş keçirən ölkə başçıları birgə mətbuat konfransı təşkil edib.

Prezident Obama Okinava insidentinə görə başsağlı verib, hadisə ilə bağlı təəssüfünü dilə gətirib.

ABŞ dövlət başçısı deyib ki, Amerika qətllə bağlı istintaqda ölkəsinin əməkdaşlıq edəcəyinə və ədalətin Yaponiyanın ədliyyə sisteminə uyğun şəkildə bərqərar ediləcəyinə vəd verib.

Amerika qətllə bağlı istintaqda əməkdaşlıq edəcək və ədalət Yaponiyanın ədliyyə sisteminə uyğun şəkildə bərqərar ediləcək

Tərəflərin müzakirəsi 32 yaşlı Kennet Franklin Şinzatonun Rina Şimabukuro adlı gənc qadını bıçaqladığını və cəsədıni yaxınlıqdakı meşəyə atdığını etiraf etməsindən bir neçə gün sonra keçirilir.

1995-ci ildə həmin adada məktəbli qızların ABŞ əsgərləri tərəfindən zorlanması böyük etirazlara səbəb olmuşdu.

Amerikanın hazırda Yaponiyada 53 min nəfərlik həbi personalı xidmət göstərir. Bundan əlavə müdafiə Nazirliyinin 5 min mülki işçisi adada fəaliyyət göstərir.

1945-ci ildən 1972-ci ilədək ABŞ-ın işğalı altında olan Akinava adasındakı bazalar ölkənin cənub bölgəsinin 10 faizini əhatə edir.

Barak Obama Yaponiyanın İse-Şima şəhərində Böyük Yeddiliyin sammitinə son dəfə qatılır.

ABŞ prezidenti Yaponiyanın baş naziri Şinzo Abe ilə Hirosimaya tarixi səfər edəcək.

XS
SM
MD
LG