Accessibility links

Prezident Obama Konqresi nəqliyyatla bağlı qanun layihəsinə dair razılıq əldə etməyə çağırıb



ABŞ prezidenti Barak Obama Konqresi nəqliyyat la bağlı qanun layihəsinə dair razılıq əldə etməyə və tələbələr üçün kredit faizinin artmasına imkan verməmək üçün fəaliyyət göstərməyə çağırıb.

Həftəlik müraciətində cənab Obama deyib ki, Konqres gələn həftə fəaliyyət göstərməsə, minlərlə insan iş yerlərini tərk etməli olacaq, milyonlarla tələbə isə bank borclarının daha yüksək faizlə ödənilməsi kimi bir vəziyyətlə qarşılaşacaq.

Hazırda Konqresdə federal kolleclərdə təhsil almaq üçün banklardan götürülən kredit faizlərinin iyul ayından iki-qat artırılmasına imkan verilməməsi üçün müzakirələt aparılır.

Respublikaçıların cavabında Luiziana ştatından konrqesmen Bil Kassidi Obama administrasiyasının səhiyyə xidmətlərinə dair təqdim etdiyi qanunu tənqid edərək, Konqresin onu ləğv etməli olduğunu deyib.

Konqresmenin sözlərinə görə, qanun layihəsi səhiyyə xidmətləri qiymətlərinin artmasına gətirib çıxarıb və kiçik biznes şirkətlərinə yeni işçilər götürülməsi prosesini çətinləşdirir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG