Accessibility links

Barak Obama Böyük Yeddiliyin görüşündə iştirak etmək üçün Almaniyaya yola düşür


ABŞ prezidenti Barak Obama bu gün Böyük Yeddiliyin ikigünlük görüşündə iştirak etmək üçün Almaniyaya yola düşür. Müzakirələrin gündəliyində Ukrayna böhranı və Rusiyanın Ukraynadakı hərbi əməliyyatları yer alır.

1998-ci ildən Böyük Səkkizliyə üzv olan Rusiya ötən il Ukraynadakı əməliyyatlara görə qurumdan xaric edilib.

ABŞ-ın müdafiə naziri Eşton Karter deyib ki, prezident Vladimir Putinin əməlləri Rusiyanın geriləməsinə səbəb olur. Nazir dünyanın irəlilədiyi bir zamanda Rusiyanın təkləndiyini bildirib.

BMT Ukrayna böhranının həlli üçün tərəfləri ilin əvvəlində əldə edilən atəşkəsin şərtlərinə əməl etməyə çağırır.

ABŞ-ın müdafiə rəsmiləri və diplomatları dünən Almaniyanın Stuttqart şəhərində bir araya gələrək, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cavab yollarını müzakirə edib.

Müzakirələrin diqqət mərkəzində Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalarının effektivliyi və NATO-nun Rusiya ilə bağlı strategiyası məsələləri olub.

Avropa İttifaqı ilin sonunda Rusiya qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı səsvermə keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG