Accessibility links

Obama: Prezident kimi sizə xidmət etmək mənim üçün həyatda ən böyük şərəf idi


Prezident Obama Amerika xalqına ABŞ lideri kimi sonuncu həftəlik müraciətində amerikalılara səkkiz il müddətində ona verdikləri dəstəyə görə təşkkürünü bildirib. Obama Amerika xalqının səkkiz ildə ona prezident və adi insan kimi "dürüstlük və ruh yüksəkliyini saxlamağa və irəliyə getməyə" kömək etdiyini deyib.

"Mən hər gün sizdən öyrənmişəm. Siz məni daha yaxşı prezident və daha yaxşı insan etmisiniz"-ABŞ prezidenti bildirib.

Obama səkkiz il ərzində Amerika xalqının mehribanlığı, yaşamaq istəyi və ümidlərinin şahidi olduğunu bildirərək, onlardan öyrənməkdən yorulmadığını deyib.

Mən hər gün sizdən öyrənmişəm. Siz məni daha yaxşı prezident və daha yaxşı insan etmisiniz.
Barak Obama


Obama amerikalıları "bizim demokratiyamızı sadəcə haqq kimi" qəbul etməyəyə çağıraraq deyib ki, "təkcə seçkilər dövrü, sadəcə bizim maraqlarımız ortada olanda deyil, bütün həyat boyu" birlikdə iş aparılmalıdır.

"Əgər kiminləsə internetdə mübahisə aparmaqdan yorulmusunuzsa, real həyatda həmin adamla danışmağa cəhd edin. Həyisə düzəltmək lazımdırsa, qollarınızı çırmalayıb işə başlayın. Əgər seçkili rəsmilərdən narazısınızsa, qələm və kağız götürün, imza toplayın və özünüz namizəd olun"-Amerika lideri bildirib.

Obama amerikalıları demokratiyanı qorumağa çağıraraq, xatırladıb ki, "bizim uğurumuz hakimiyyətin hansı tərəfə yönəlməsindən asılı olmayaraq bizim iştirakımızdan asıldır".

"Prezident kimi sizə xidmət etmək mənim üçün həyatda ən böyük şərəf idi. Səkkiz il keçdikdən sonra mən ölkəmizin perspektivləri ilə bağlı daha da ümidliyəm. Və gələcəkdə mən bir vətəndaş kimi həyatımın sonuna qədər sizinlə birlikdə işləməyə ümid edirəm"-ABŞ prezidenti həftəlik mesajını bitirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG