Accessibility links

ABŞ prezidenti bir həftəlik Asiya səfərinə başlayır


ABŞ prezidenti bu gün bir həftəlik Asiya səfərinə başlayır.

Ağ Evin bəyanatında bildirilir ki, Barak Obamanın iki ölkəni əhatə edən səfəri may ayının 28-dək davam edəcək.

Səfəri çərçivəsində ABŞ dövlət başçısı Vyetnam və Yaponiyada olacaq, diplomatik, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Bu, Obamanın Asiayaya 10-cu səfəridir.

May 21: Obama Vaşinqtonu tərk edir.

May 23-24: Prezident Hanoyda Vietnam rəsmiləri ilə diplomatik, iqtisadi və təhlükəsizlik məsələlərini gündəmə gətirəcək. Obama ABŞ-Vyetnam əlaqələrinə dair nitq söyləyəcək.

Hanoy and Ho Chi Minh City-də olarkən prezident Trans-Sakit Okeanı tərəfdaşlığının mühümlüyünü vurğulayacaq.

May 25: Obama Yaponiyaya yola düşəcək.

May 26-27: Obama Yaponiyanın İse-Şima şəhərində Böyük Yeddiliyin sammitinə son dəfə qatılacaq.

May 27: Obama Yaponiyanın baş naziri Şinzo Abe ilə Hirosimaya tarixi səfər edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG