Accessibility links

ABŞ prezidentliyinə namizədlər növbəti debata hazırlaşır


ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi Mitt Romninin kampaniyalarının hər biri çərşənbə axşamı keçiriləcək debat zamanı qabiliyyətlərini bir daha nümayiş etdirəcəklər.

Təxminən iki həftə bundan əvvəl Obama ilk debatı ən yaxın tərəftarları tərəfindən belə zəif və darıxdırıcıadlandırılmışdı. Cənab Romninin bu debatda rəqibinə nisbətən daha yaxşı hazırlaşdığı deyilir.

Mitt Romninin yüksək rütbəli kampaniya məsləhətçisi Ed Qillespi sabiq qubernatorun amerikalılarla rezonans yaradan mesajlar çatdırmağa davam edəcəyini deyib.

Televiziya vasitəsi ilə canlı yayımlanacaq debat noyabr ayının 6-a nəzərdə tutulmuş prezident seçkilərindən əvvəl keçirilən üç debatdan ikincisidir.
XS
SM
MD
LG