Accessibility links

Obama Baydeni Azadlıq medalı ilə təltif edib [Video]


ABŞ prezidenti Barak Obama vitse-prezident Co Baydenə sürpriz edərək, onu ölkənin mülki vətəndaşlarına verilən ən yüksək mükafat olan Azadlıq medalı ilə təltif edib.

Prezident kimi mən sonuncu dəfə bizim ölkədə mülki vətəndaşlara verilən ən yüksək mükafat olan Azadlıq medalını təqdim etməkdən məmnunluq duyuram.

Obama bunu Ağ Evdə Bayden üçün həqiqətən də çox gözlənilməz olduğu aydın olan “vida məraimində” elan edib.

“Prezident kimi mən sonuncu dəfə bizim ölkədə mülki vətəndaşlara verilən ən yüksək mükafat olan Azadlıq medalını təqdim etməkdən məmnunluq duyuram,” deyə Obama bildirib.

Amerika lideri uzun zamandır ABŞ-ın Delavar ştatından senator olmuş Co Baydenin on illər ərzində ölkəyə göstərdiyi xidməyə görə ona razılığını bildirib. O, Baydenin “həmvətənlərinə inam, ölkəyə sevgisi və vətənə bundan sonra uzun illər yeni nəsillərə fayda verəcək xidmətinə görə” təşəkkürünü bildirib.

Mütəəssir olmuş vitse-prezident Bayden ailəsinə dəstəyə görə təşəkkürünü bildirib və prezidentin işinə yüksək qiymət verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG