Accessibility links

Obama münaqişələrin həllində yeni qlobal diplomatik səylərə çağırır


ABŞ prezidenti Barak Obama dünyanı müharibələr və münaqişələrdən çəkinməyə və bunun əvəzinə qlobal səviyyədə münaqişələrin həlli üçün yeni diplomatik səylərə başlamağa çağırıb.

Amerika lideri BMT-nin Baş Assambleyasında çıxışında deyib:”Biz əməkdaşlıq şəraitində işləməsək, bunun nəticələri ilə qarşılaşacağıq. Biz birlikdə işlədiyimiz zaman daha güclü ola bilərik.”

Lakin buna baxmayaraq, cənab Obama ABŞ-ın hərbi gücü və Biriləşmiş Ştatların Yaxın Şərqdə İslam dövləti qrupuna qarşı kampaniyasını müdafiə edib. O deyib ki, İslam dövləti qrupunun heç vaxt sığınacaq tapa bilməyəcək.

Prezident Obama Rusiyanı bir il bundan əvvəl Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılara dəstək verdiyinə görə tənqid edib. O deyib ki, Qərbin Moskvaya qarşı iqtisadi sanksiyaları zəruri idi, çünki heç bir ölkə Krımın işğalının cəzasız qalmasını qəbul edə bilməzdi.

Obama Suriyada dörd ildir gedən döyüşlərə son qoyulması üçün “sadə cavabların olmadığını” deyib. Lakin o əlavə edib ki, “Suriya xalqının sülh içidə birgə yaşaması üçün razılaşmanın” əldə edilməsində dilomatiyadan istifadə edilməlidir.

“Suriyada olduğu kimi fəlakətlər demokratiyanın mövcud olduğu yerlərdə baş vermir”-deyə prezident Obama bildirib.

Obama administrasiyası dəfələrlə bildirib ki, Suriyada siyasi keçid prezident Əsəd hakimiyyətdə qalana qədər mümkün olmaycaq. Bazar ertəsi axşam cənab Obama və Rusiya prezidenti Vladimir Putin arasında danışıqların diqqət mərkəzində bu məsələnin olacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG