Accessibility links

Obama Böyük Yeddilərin sammitində iştirak etmək üçün Almaniyadadır


ABŞ prezidenti Barak Obama dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş yeddi ölkəsindən ibarət Böyük Yeddilərin sammitində iştirak etmək üçün Almaniyadadır.

Prezident Obama Almaniya kansleri Angela Merkellə sammitin keçirildiyi Bavariyanın mənzərəli yerlərindən biri olan Qarmiş kəndində açıq havada söhbət aparıb.

Cənab Obama almaniyalı həmkarı ilə ABŞ və Almaniyanın gələcəyi ilə bağlı mühüm məsələlər, eləcə də Rusiyanın Ukraynada təcavüzü kimi məsələsini müzakirə edəcəyini səbirsizlik gözlədiyini bildirib.

Kansler Merkel Birləşmiş Ştatları Almaniyanın dostu və tərəfdaşı adlandırıb.

Bu, Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsinə görə qrupdan çıxarıldıqdan sonra Böyük Yeddilərin keçirdiyi ikinci zirvə görüşüdür.

Böyük Yeddilər qrupuna Birləşmiş Ştatlar, Almaniya, Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya daxildir.

XS
SM
MD
LG