Accessibility links

Obama: İŞİD keçən yaydan bəri irəliləyiş əldə edə bilmir


ABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri İslam Dövləti qrupuna qarşı döyüşməyə davam edəcək.

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin Virciniya ştatında yerləşən baş qərargahında danışan prezident deyib ki, minlərlə hava hücumu minlərlə döyüşçünü və onların liderlərini zərərsizləşdirib.

Obama bildirib ki, gələcək günlərdə koalisiya qüvvələri daha çox İŞİD hədəflərini vurmağı planlaşdırır.

Prezident İŞİD-i məğlub etməyin yeganə yolunun Suriyada vətəndaş müharibəsinə son qoymaqdan keçdiyini dəfələrlə təkrarlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG