Accessibility links

Barak Obama kubalı qadının məktubuna cavab yazıb


76 yaşlı kubalı qadın gələn həftə bu ölkəyə səfər edəcək Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə qəhvə içmək arzusunda olduğunu bildirib.

İliana Yarza
İliana Yarza

Cənab Obamaya fevral ayında göndərdiyi məktubda İliana Yarza Birləşmiş Ştatlar prezidentini Havananın Vedado məhəlləsindəki evinə, qəhvə içməyə dəvət edib.

Qadın məktunubda bunları yazıb: "Mənim fikrimcə sizinlə mənim kimi şəxsən görüşmək istəyən kubalıların sayı o qədər də çox deyil və mən sizinlə Amerikanın yüksək səviyyəli şəxsiyyəti olaraq deyil, təbəssümü ilə ürəkləri fəth edən prezident olaraq görüşmək istəyirəm". O, eləcə də, cənab Obamanın onun evinə gözək həyat yoldaşı ilə gəlməsini istədiyini yazıb.

Cənab Obama isə kubalı qadına belə cavab verib: "Xoş sözlərə görə təşəkkür edirəm! Ümid edrəm ki, 50 il ərzində Birləşmiş Ştatlarla Kuba arasındakı ilk birbaşa məktub hava yolu ilə sizə çatacaq və bu, xalqlarımız arasında başlayacaq yeni səhifəyə yaxşı nümunə olacaq. Mən Havananı ziyarət edərkən, ümid edirəm ki, sizinlə bir fincan Kuba qəhvəsi içməyə imkanım olacaq".

Mart atyının 20-də Kubaya səfər edən cənab Obama demək olar ki, 90 ildə bu ölkəyə səfər edən ilk Biləşmiş Ştatlar prezidenti olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG