Accessibility links

Obama Dallasda qətlə yetirilmiş polis işçilərinin anım mərasimində iştirak edib


ABŞ prezidenti Barak Obama Texas ştatının Dallas şəhərində snayper hücumu zamanı həlak olan beş polis işçisinin anım mərasimində iştirak edib. Prezident Obama hüquq-mühafizə orqanlarının əməkdaşları və azlıqda olan icmaların nümayəndələri arasında irq məsələsinə dair dərin fikir ayrılıqlarının mövcud olduğu ölkədə birliyə çağırışlar edib.

Mərasim zamanı çıxışında prezident Obama deyib ki, "Amerikada irqi münasibətlərdə böyük müsbət dəyişikliklər olub, lakin qərəzlilik qalmağa davam edir. Bizim heç birimiz günahsız deyil."

Dallasda anım mərasimində ABŞ-ın vitse-prezidenti Co Bayden və ABŞ-ın keçmiş prezidenti Corc Buş da qatılıb.

Bu, Obamanın prezidentliyi dövrü kütləvi qətl hadisələri ilə əlaqədar 11-ci çıxışıdır.

Dallasda qaradərili snayper keçən həftə Minnesota və Luiziana ştatlarında polis işçilərinin qaradərili iki nəfəri qətlə yetirməsinə etiraz olaraq keçirilən dinc yürüş zaman beş polis zabitini qətlə yetirib. Hadisə nəticəsində doqquz polis zabiti və iki mülki vətəndaş yaralanıb.

XS
SM
MD
LG