Accessibility links

Barak Obama: Afrika mənşəli amerikalı qadınlar hələ də çətinliklərlə üzləşir


ABŞ prezidenti vətəndaş hüquqları hərəkatından 50 ildən çox keçsə də, Afrika mənşəli amerikalı qadınların hələ də çətinliklərlə üzləşdiyini deyib.

Konqresin Qaradərili Əhali Fondunda təşkil edilən şam ziyafətində danışan Barak Obama qadınların vətəndaş hüquqları hərəkatındakı rolunu yüksək qiymətləndirib.

Lakin prezident qaradərili qadın və qızların təhsil və iqtisadi baxımdan nailiyyətlər əldə etməsinə baxmayaraq, ağ qadınlarla müqayisədə iki dəfə az maaş aldıqları və aşağı gəlirli işlərdə çalışdıqları üçün yoxsulluqda yaşadığını deyib.

Barak Obama bildirib ki, stereotiplər və sosial təzyiqlər gənc qızları təsirinə məruz qoyur.

ABŞ dövlət başçısı Afrika-Amerika icmasının qızların kifayət qədər yaxşı olmamasını deyənlərdən daha uca səslə çıxış etməsinin vacibliyini vurğulayıb.

Məvacib fərqi

Obama qadınların kişilərin eyni işi görməsinə 1 dollar, qadınlara isə 70 sent ödənilməsini, qazanmasını ABŞ iqtisadiyyatının "lağa qoyma"sı adlandırıb.

Prezident məvacin fərqinin aradan qaldırılmasına çağıraraq, 10 dollarlıq istiqraz üzərinə qadın rəsminin qoyulmasının heç bir məna daşımayacağını deyib.

Obama Konqresin Qaradərili Əhali Fondu və qanunvericilərlə vəzifədə olduğu son 15 ay ərzində kriminal ədliyyə sistemində islahatlarla bağlı müzakirələr keçirəcəyinə vəd verib.

ABŞ dövlət başçısı bu vədi son zamanlar polis nəzarətində ikən qaradərililərin ölümü ilə əlaqədər verib.

XS
SM
MD
LG