Accessibility links

Obama Ərdoğanla qeyri-rəsmi görüş keçirəcək


Prezident Obama bu həftə Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qeyri-rəsmi görüş keçirəcək. Bu haqda məlumatı Ağ Ev verib. Bununla rəsmi görüşün olmamasının Ankaraya tənbeh kimi qəbul edildiyi haqda ehtimallara son qoyulmuş oldu.

Ərdoğan Vaşinqtonda cümə axşamı və cümə günləri Nüvə Təhlükəsizliyi sammitinə qatılan dünyanın 50 liderindən biridir. Sammit çərçivəsində Ərdoğanın vitse-prezident Co Baydenlə rəsmi görüşü gözlənilir.

Türkiyə mediasında Obamanın Ərdoğanla görüşüb-görüşməyəcəyi məsələsi intensiv müzakirələrin mövzusu idi. Bəziləri görüşün baş tutmamasının Suriya məsələsi ətrafında fikir ayrılığı və Vaşinqtonun Türkiyənin daxili siyasəti ilə bağlı narahatlığı ilə əlaqədar ABŞ-ın bilərəkdən Ankaraya etinasızlıq nümayiş etdirməsi olduğu ilə bağlı fikirlər irəli sürmüşdü.

Birləşmiş Ştatlara yola düşməzdən əvvəl İstanbulda mətbuat konfransında danışan Ərdoğan Obama ilə nüvə sammitində görüşün planlaşdırıldığını, lakin görüşün nə qədər sürəcəyini haqda məlumatı olmadığını deyib.

Beydenin ofisi bundan sonra vitse-prezidentin cümə axşamı günü Vaşqintonda prezident Ərdoğanla görüşəcəyini bildirib.

"Bizim Türkiyədə müttəfiqlərimizlə görməli mühüm işlər var. Buraya Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsi səyləri də daxil olmaqla, İŞİD-ə qarşı strategiyanın əsas aspektlərinin koordinasiyasının intensivləşdirilməsi aiddir."

KƏSKİN FİKİR AYRILIQLARI

Müttəfiq olmalarına baxmayaraq, Vaşinqton və Ankara arasında Suriyanın şimalında kürd yarı-hərbi dəstələri məsələsi ilə əlaqədar kəskin fikir ayrılıqları mövcuddur. ABŞ kürd dəstələrinə dəstək göstərir. Lakin Türkiyənin münaqişəli cənub-şərq bölgələrində etnik kürd azlığına malik olan Ankara Suriyanın şimalında kürd döyüşçülərini ölkənin təhlükəsizliyinə hədə kimi görür.

"Bizim Türkiyədə müttəfiqlərimizlə görməli mühüm işlər var. Buraya Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsi səyləri də daxil olmaqla, İŞİD-ə qarşı strategiyanın əsas aspektlərinin koordinasiyasının intensivləşdirilməsi aiddir."-vitse-prezident Co Baydenin ofisi

Adının açıqlanmasını istəməyən ABŞ rəsmiri Birləşmiş Ştatlar və Türkiyə arasında müxtəlif məsələlər ətrafında fikir ayrılıqlarının oluğunu etiraf etsə də, bildirib ki, Vaşinqon Ankaranın İŞİD-ə qarşı mübarizədə yardımını olduqca mühüm sayır.

Birləşmiş Ştatlar eyni zamanda, Türkiyədə söz azadlığının durumu ilə bağlı tənqidlərini artırır. Vitse-prezident Bayden yanvaar ayında Türkiyəyə səfəri zamanı bildirib ki, Türkiyə medianın qorxudulması və ziyalıların dövlətə xəyanətdə ittiham edilməsi ilə pis nümunəyə çevrilir.

Ərdoğan Birləşmiş Ştatlar rəsmilərinin müsəlman dini xadim Fətullah Gülən hərəkatı ilə bağlı məktəblər şəbəkəsinə qarşı ölçülər götürməsini istədiyini deyib. Türkiyə prezidenti ABŞ-da yaşayan Güləni paralel dövlət idarə etməkdə və onu hakimiyyətdə devimərməyə cəhd göstərməkdə ittiham edir.

Bütün dünyada məktəblər şəbəkəsinə malik olan Fətullah Gülən bir zamanlar Ərdoğanın müttəfiqi olub. Lakin onlar arasında münasibətlər 2013-cü ildə Gülən tərəfdarlarının Türkiyə liderinin daxili çevrəsinə mənsub şəxslərlə bağlı təhqiqatından sonra pozulub.

Türkiyədə terrorizm ittihamları ilə qarşılana Gülənə tərəfdarlarının Ərdoğanı hakimiyyətdən devirməyə cəhd itithamını rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG