Accessibility links

Obama gələn həftə "Vida nitqi" söyləyəcək


Greece Obama
Greece Obama

ABŞ prezidenti Barak Obama bildirib ki, o, gələn həftə Ağ Evdəki fəaliyyəti müddətində əldə etdiyi uğurlar barədə "Vida nitqi" söyləyəcək. O, çıxışı zamanı yanvarın 20-də hakimiyyətə gələcək növbəti prezident Donald Trampın idarəçiliyi ilə ölkənin hansı istiqamətə yönələcəyinə dair düşüncələrindən də danışacaq.

Tərəfdarlarına göndərilən emaildə Obama bildirib ki, yanvarın 10-da doğma Çikaqo şəhərində söyləyəcəyi nitq "onun üçün möhtəşəm 8 ilə görə təşəkkür etmək" imkanı olacaq. "Son 8 ildə sizin köməyinizlə ölkənin necə yaxşı istiqamətdə dəyişməsini bayram etmək və bundan sonra hara gedəcəyimizə dair düşüncələrimi bölüşmək imkanıdır" - deyə emaildə bildirilir.

55 yaşlı prezident deyib ki, 2009-cu ildən bəri öz payımıza düşən sınaqlarla üzləşsək də, onların öhdəsindən güclü şəkildə gələ bilmişik.

Obamanın bu çıxışı 1796-cı ildə Corc Vaşinqton tərəfindən başladılan ənənənin davamı olacaq. Belə ki, o zamandan bəri səlahiyyətlərini başa vuran prezidentlər xalqa "Vida nitqi" ilə müraciət edir.

Onun bu çıxışı 1796-cı ildə Corc Vaşinqton tərəfindən başladılan ənənənin davamı olacaq. Belə ki, o zamandan bəri səlahiyyətlərini başa vuran prezidentlər xalqa "Vida nitqi" ilə müraciət edir.

Obama ənənəvi Milad tətilindən sonra paytaxt Vaşinqtona dünən geri dönüb. Tətilini doğulduğu və gəncliyinin böyük bir hissəsini keçirdiyi Havay adalarında keçirən prezidentin səlahiyyətlərinin başa çatmasına 2.5 həftə vaxt qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG