Accessibility links

Obama hakimiyyətdən gedəndən sonra Vaşinqtonda qalacaq


ABŞ prezidenti Barak Obama ailəsi ilə onun gələn il Ağ Evdə vəzifə müddətinin bitməsindən sonra bir müddət Vaşinqtonda qalacaq.

Cümə axşamı Viskonsin ştatının Milvoki şəhərinin sakinləri ilə görüşən Obama prezidentlik müddəti sona çatdıqdan sonra planları ilə bağlı ona göndərilmiş məktublardakı suallara cavab verib.

“Biz iki il müddətində Saşa Vaşinqtonda məktəbi qurtarana qədər burada qalacağıq. Yuxarı siniflərdə məktəbi dəyişmək bir az çətindir”-deyə prezident Obama bildirib.

Prezident Obama kiçik qızı Saşa ilə
Prezident Obama kiçik qızı Saşa ilə

Obamanın iki qızı Vaşinqtonda özəl məktəbdə təhsil alır. Böyük qız Maliya məktəbi bitirib gələn il kollecə gedəcək. Obamaların kiçik qızı Saşa isə Obama 2017-ci ildə yanvar ayında hakimiyyətdən gedən vaxt 10-cu sinifdə olacaq.

Obamanın sözlərinə görə, Saşanın məktəbi bitirməsindən sonra ailənin gələcək planları hələ aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG