Accessibility links

Prezident Obama Quantanamo həbsxanasını bağlayacaqmı? [Video]


Prezident Obama Quantanamonu bağlaya biləcəkmi?
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Obama administrasiyası keçən ili Kuba körfəzindəki Quantanamo həbsxanasından daha çox məhbus çıxarmaqla başa vurdu. Dekabr ayının 30-da Pentaqon 3 yəmənli və 2 tunislini Quantanamodan Qazaxıstan həbsxanasına köçürdü.

Orta Asiya ölkələrindən olan 5 nəfəri Qazaxıstana göndərməklə Obama administrasiyasının 2014-cü ildə Quantanamodan çıxardığı məhbusların sayı 28-ə çatdı ki, bu da 2009-cu illə müqayisədə xeyli çoxdur.

Obama administrasiyasının məhbusların köçürülməsini nə dərəcədə sürətləndirəcəyi sualına Ağ Evin mətbuat katibi Coş Ernest belə cavab verdi: “Mən ancaq onu deyə bilərəm ki, administrasiya üçün Quantanamoda olan bütün məhbusları köçürmək prioritet olaraq qalacaq.”

Cənab Obama 2009-cu ildə hakimiyyətə gələndə, tərəddüd etmədən bu həbsxananın bağlanacağına söz vermişdi. 2013-cü ilin mayında Milli Müdafiə Universitetində anti-terror çıxışında Obama Quantanamonu dünyada Amerikanın qanun aliliyinə hörmət etməməsinin simvolu kimi təsvir etmişdi. “Mənim administrasiyamın Əl-Qaidə rəhbərliyinə qarşı amansız mübarizəsini nəzərə alsaq, Konqresin bu obyekti bağlamağı əngəlləməsinə əsas yoxdur."

Birləşmiş Ştatların 127 məhbusun təxminən yarısının həbsxanadan rəsmiləşdirilmiş şəkildə azad edilməsi yolunda iş apardığı bir vaxt, Quantanamonun boşaldılmasına əsas maneələrdən biri 2010-cu ildə məhbusların ABŞ-a köçürülməsinə qoyulan qadağadır.

Vaşinqton İnstitutunun Yaxın Şərq Siyasəti şöbəsindən Mətyu Levitt ABŞ-ın Quantanamo həbsxanasındakı məhbus məsələsini əvvəldən siyasiləşdirdiyini deyir. “Mən bizim məhkəmə sistemimizin effektiv olduğunu düşünürəm. Mən bizim həbsxana sistemimizin də effektiv olduğunu düşünürəm. Hesab etmirəm ki, onların ölkədə saxlanması amerikalıları indikindən daha böyük riskə ata bilər. Bu məsələ artıq siyasi futbola çevrilib.”

Beləliklə, əgər orada qalan məhbusları saxlamaqla Quantanamo bağlanmazsa, bu, həbsxanaya baha başa gəlir. Çünki hər məhbusa ildə 3 milyona yaxın dollar xərclənir.

Levitt deyir ki, qanunvericilər Quantanamonu izafi xərclərə görə yox, mənəvi səbəblərə görə bağlamalıdırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG