Accessibility links

Hazırda Havay adalarında istirahətdə olan ABŞ prezidenti Barak Obama dünən prezidentlik müddəti çərçivəsində son dəfə hərbi bazada amerika əsgərlərini ziyarət edib.

ABŞ-ın növbəti prezidenti Donald Trampın inaqurasiya mərasimindən bir neçə həftə çıxış edən Obama ali baş komandalığı "həyatının imtiyazı" adlandırıb.

Bu, mənim sizə prezident kimi sonuncu müraciətim olsa da, bilməyinizi istəyirəm ki, bir vətəndaş kimi mənim sizə minnətdarlığım olduğu kimi qalacaq və bizim sizinlə hər bir addımda çiyin-çiyinə dayanmağa dair öhdəliyimiz yerində qalacaq.
Barak Obama

"Bu, mənim sizə prezident kimi sonuncu müraciətim olsa da, bilməyinizi istəyirəm ki, bir vətəndaş kimi mənim sizə minnətdarlığım olduğu kimi qalacaq və bizim sizinlə hər bir addımda çiyin-çiyinə dayanmağa dair öhdəliyimiz yerində qalacaq" - deyə Obama bildirib.

Xatırladaq ki, dünən ABŞ-da Milad bayramı idi və prezidentin müraciəti də bu səbəblə baş tutub. Bir gün əvvəl isə prezident Obama xaricdəki ABŞ əsgərlərinə zəng edərək onları təbrik edib: "Vətəndəki Amerikalıların sizin azadlıq uğrunda döyüşdüyünüzü başa düşür".

Obama və birinci ledi Mişel Obama Kaneohe körfəzindəki Havay Hərbi Dəniz Korpusu bazasını ziyarət edib. Bu baza prezident ailəsinin bayram tətilini qızları ilə birlikdə keçirdiyi məkanın yaxınlığındadır.

Obama əsgərlərə deyib ki, hətta yanvar ayında Ağ Evi tərk edəndən sonra da o, uzun illər bu bazanı ziyarət edəcək.

"Mən bilirəm ki, keçmiş prezident kimi azacıq da olsa rütbəm qalacaq" - deyə o, gülümsəyərək bildirib.

XS
SM
MD
LG