Accessibility links

Obama orta sinfin gücləndirilməsinə çağırıb


ABŞ prezidenti Barak Obama Amerika xalqına həftəlik müraciətində onun prezidentliyi dövrü əmək haqqının artması məsələsinə diqqət çəkib. 2012-ci ildən başlayaraq real əmək haqqı 1980-ci ildən 2007-ci ilə qədər əvvəlki 30 illə müqayisədə 20 dəfə artıb. Keçən il orta statistik ailənin gəlirləri 2 min 800 dollar artıb. Bu, tarixdə ən yüksək göstəricidir.

ABŞ-da bütün yaş qrupları arasında gəlirlərin artması və yoxsulluq səviyyəsinin azalması müşahidə edilib. 3,5 milyon nəfər yoxsulluq səviyyəsindən çıxa bilib. Bu, 1968-ci ildən bəri il ərzində ən yüksək göstərici hesab edilir. Ştatların və icmaların səyləri sayəsində minimum əmək haqqı artırılıb, aşağı və orta gəlirli ailələrin gəlirlərində artım müşahidə edilib.

"Səkkiz il bundan əvvəl biz həyatımızda ən genişmiqyaslı böhranın ilkin mərhələsində idik. Bu, ağır bir vaxt idi. Biz bu böhrandan necə çıxacağımızı bilmirdik."

Lakin prezidentin sözlərinə görə, əldə edilmiş bu nəticələrə baxmayaraq, orta sinfin gücləndirilməsi üçün daha çox işlər görülməlidir. Bunun üçün isə siyasi fikir ayrılıqlarını bir tərəfə qoyub, sağlam düşüncə əsasında fəaliyyət göstərən Konqresin olması lazımdır.

"Səkkiz il bundan əvvəl biz həyatımızda ən genişmiqyaslı böhranın ilkin mərhələsində idik. Bu, ağır bir vaxt idi. Biz bu böhrandan necə çıxacağımızı bilmirdik. Ancaq gərgin və məqsədli iş, eləcə də bizim düşünülmüş qərarlarımız nəticəsində vəziyyət tam başqadır. Biz tənəzzüldən əmək bazarında rekord göstəricilərə çatmışıq, özəl sektorda 15 milyondan çox iş yeri açmışıq və işsizlik səviyyəsini ikidəfə azaltmışıq"-deyə prezident Obama müraciətində bildirib.

"Keçən il orta statistik ailənin gəlirləri 2 min 800 dollar artıb."

ABŞ prezidenti federal səviyyədə minimum əmək haqqının artırılması, qadınlara kişilərlə bərabər maaşların təmin edilməsi, xəstəliyə görə ödənişli məzuniyyətin verilməsi, gələcəyin peşələri üçün işçi qüvvəsinin hazırlanması məqsədilə işin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG