Accessibility links

Obama: Azad ticarətə dair yeni razılaşmalar yeni iş yerlərinin açılmasına kömək edəcək


ABŞ prezidenti Barak Obama azad ticarətə dair yeni razılaşmların Amerika biznes şirkətlərinin daha böyük nailiyyətlər əldə edəcəyi və 21-ci əsr iqtisadiyyatında rəqabətə davamlılığının artacağını deyib.

Amerika xalqına həftəlik müraciətində cənab Obama bildirib ki, ticarətə dair əvvəlki razılaşmalarda amerikalı işçilərin şəraitinin daha da yaxşılaşdırılması vədi hər zaman yerinə yetirilməyib. O əlavə edib ki, bu razılaşmalar ABŞ-ın əmək və ətraf mühit sahələrində qəbul etdiyi standartlara da hər zaman cavab veməyib.

Prezident Obama deyib ki, ABŞ yeni imkanlara açıq olmalıdır və başqa ölkələr kimi öz iqtisadi taleyini müəyyən etmək üçün addımlar atmalıdır.

Cənab Obama bildirib ki, ABŞ bu imkanlardan istifadə etməli və gələcək on illər üçün yeni iş yerlərinin açılmasını təmin etməlidir.

ABŞ prezidenti Konqresi ticarətə dair qanun layihəsi ilə bağlı fəaliyyət göstərməyə çağırıb. O bildirib ki, hər iki parityanın nümayəndələrinin hazırladığı qanun layihəsi amerikalı işçilərin maraqlarının müdafiə olunmasına, habelə Asiya və Avropa ölkələri ilə azad ticarətə dair yeni razılaşmaların əldə edilməsilə Amerika biznes şirkətlərinin inkişafına xidmət edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG