Accessibility links

Obama: Ölkələrimiz yoxsulluq və enerji məsələlərində əməkdaşlıq etməlidirlər


Dehlidə 3 günlük səfərdə olan prezident Barak Obama deyib ki, Birləşmiş Ştatlar Hindistanın ən yaxşı tərəfdaşı ola bilər. "Birləşmiş Ştatlarla Hindistan təkcə təbii partnyor deyil, mən inanıram ki, ən yaxşı partnyor ola bilərlər" deyə, cənab Obama bildirib. ABŞ prezidenti bunları bu gün, gənclərlə görüşü zamanı dilə gətirib.

Cənab Obama Birləşmiş Ştatların Hindistanla yaxından əməkdaşlıq etmək istəməsinin səbəbinin bu ölkədəki insanları yoxsulluqdan qurtarmağa, sənaye və texnologiyanın inkişafına, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizəyə yardım etmək üçün olduğunu deyib. ABŞ prezidenti bildirib ki, uşaqlara edilən peyvəndlərin inkişafı da daxil olmaqla, Hindistan qonşularını da dəyişə bilmək imkana malik ola bilər.

Cənab Obama eləcə də, Qlobal İstiləşmə ilə mübarizə aparmaq üçün təmiz yanacaqdan istifadənin təşviqinə çağırıb. O deyib ki, Hindistan da daxil edilməklə, inkişaf etməkdə olan ölkələr yeraltı yanacaqlardan istifadəni dayandırmadığı müddətdə dünya iqlim dəyişikliyinin qarşısını ala bilməyəcək.

Enerji resurslarının inkişafına çağıran prezident Obama Birləşmiş Ştatlar və Hindistanın dünyanı nüvə silahından qurtarmaqla bağlı razılıq da əldə edə biləcəyini söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG