Accessibility links

Barak Obama təmiz enerjidən alternativ kimi istifadəni təbliğ edir


ABŞ prezidenti bu həftə Manilada keçirilən iqtisadi forumda qlobal artıma yardım məqsədi ilə təmiz enerjidən alternativ kimi istifadə edilməsini təbliğ edir.

Asiya-Sakin okeanı ölkələri (APEK) sammitində çıxış edən Barak Obama BMT-nin iqlim dəyişikliyinə dair Paris konfransında daha güclü qlobal razılığın əldə edilməsinə çağırıb.

Prezident Vaşinqton görüşü zamanı Çinin dövlət başçısı Tsi Cimpinqlə əldə edilən razılığı buna nümunə göstərib.

"Artım, inkişaf və planetin nümunəvi gözətçisi olmaq arasında ziddiyyət yoxdur. Artıma mane olan iqlim dəyişikliyi sahəsində iş aparılmalıdır. Prezident Tsi ilə əldə etdiyimiz sənəd iki böyük iqtisadiyyatın digər ölkələrinə güclü müsajıdır "-deyə ABŞ dövlət başçısı bildirib.

Barak Obama iqlim dəyişikliyinin qlobal artımın 60 faizini, dünya ticarətinin yarısını təmin edən APEK-ə üzv 21 ölkəyə ciddi hədə olduğunu vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG