Accessibility links

Barak Obama iqlim razılığını alqışlayıb


ABŞ prezidenti Paris sammitində əldə edilən iqlim razılığını dönüş nöqtəsi adlandırıb. Barak Obama deyib ki, sənəd planetimizin müdafiəsi yolunda atılan ən yaxşı addımdır.

8 dəqiqəlik çıxışı zamanı ABŞ dövlət başçısı 195 ölkənin razılığı təsdiq etməsini iqlim dəyişikliyi ilə mübarizədə iradə və bacarıq nümunəsi adlandırıb.

Sənəd planetimizin müdafiəsi yolunda atılan ən yaxşı addımdır

195 ölkədən nümayəndə heyətləri Paris sammitində iqlim razılığının yekun layihəsini yekdilliklə təsdiq edib.

Təşkilatçılar iki həftə davam edən sammit çərçivəsində qlobal istiləşməyə yol açan istixanə qazlarının azaldılmasını nəzərdə tutan sənədin təsdiq ediləcəyinə ümid bəsləyirdi. 43 səhifəlik layihə müzakirələrdən sonra 31 səhifəyə endirilib.

Yekun sənəddə yer almayan məsələlərdən biri zəngin və yoxsul ölkələrin iqlim dəyişikliyi proqramlarının ödəniş məsuliyyətini paylaşması olub.

Sənəddə 2020-ci ilədək yoxsul ölkələrin iqlim maliyyələşdirilməsi üçün 100 milyard dollarlıq vəsaitin toplanması qarşıya məqsəd qoyulub.

Sənəd Hindistan, Çin, Səudiyyə Ərəbistanı və Malayziyanın etirazı ilə qarşılanıb. Onlar sənayesi yüksək inkişaf etmiş ölkələrin daha artıq məsuliyyəti boynuna götürməsini istəyib.

XS
SM
MD
LG