Accessibility links

Obama respublikaçıların iqtisadiyyat haqda "mifləri"ni tənqid edir


ABŞ prezidenti Barak Obama İndiana ştatının Elkart şəhərində çıxışında respublikaçıların onun iqtisadi siyasətinin ölkə üçün zərərli olduğu haqda onun öz sözlərilə, "miflərini" tənqidə məruz qoyub.

Elkart Obamanın 2009-cu ildə prezident kimi səfər etdiyi ilk şəhər olub. Amerkanın orta-qərb bölgəsindəki şəhərdə işsizlik səviyyəsi o zaman təxminən 20 faiz təşkil edirdi.

Hazırda Elkartda işsizlik səviyyəsi 4 faizə enib və prezident Obama bunun onun administrasiyası və Konqresin ölkədə yeni iş yerlərinin yaradılmasına dair uzaqgörən siyasəti sayəsində mümkün olduğunu bildirib.

Obama toplaşanlara deyib ki, onlar ölkənin iqtisadi gələcəyi ilə bağlı narahatlıqlardan seçicilərin səslərini qazanmaq üçün istifadə edən siyasətçilərdən ehtiyat etməlidir.

“Sizə özlərinin kursu haqda danışmaqdansa, onlar öz iqtisadi proqramlarını əleyhinə olduqları və əsasən də mənim əleyhimə olan nə iləsə müəyyən edirlər. Onların əsas mesajı anti-hökumət, anti-mühacirət, anti-ticarət mahiyyəti daşıyır və gəlin bu, anti-dəyişikliyə üstün gələk.”

Amerikanın ictimai televiziyası tərəfindən canlı yayımda göstərilən görüş samanı Obama deyib ki, respublikaçıların Uoll Stritə nəzarətin yüngülləşdirilməsi və zənginlər üçün vergilərin ixtisarı kimi təkliflərinin orta sinfə necə faydalı olacağını görmək çətindir.

Obama nə Hillari Klinton, nə də Berni Sandersə prezidentliyə demokrat namizəd kimi dəstəyini bildiriməyərək, onların hər ikisinin onun qarşıya qoyduğu məqsədləri bölüşdüyünü deyib. O bildrib ki, Demokrat partiyası Nyu Cersi və Kaliforniya ştatlarında praymerilərdən sonra kimin nominasiya ediləcəyini müəyyən edə biləcək.

XS
SM
MD
LG