Accessibility links

Barak Obama: "İranla razılaşma olmasaydı, dünya yeni müharibə ilə üzləşə bilərdi"


ABŞ prezidenti həftəlik müraciətində İranla razılaşmadan danışıb

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, bu həftənin əvvəli əldə edilən razılaşma İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün indiyədək görülən işlərin hamısından qat-qat effektlidir.

Adətən şənbə günləri yayımlanan həftəlik müraciətində prezident Obama deyib ki, İran razılaşmanın şərtlərini poza bilməz, çünki sazişin müəyyən etdiyi yoxlama prosesi "hərtərəfli" və "inadkardır".

Onun dediyinə görə, əgər İran nüvə materiallarının 98 faizinin ölkədən çıxarılmasını nəzərdə tutan razılaşmanı pozsa, iqtisadiyyata ağır zərbə vuran sanksiyalar yenidən qüvvəyə minəcək.

Prezident deyib ki, razılaşma olmasaydı beynəlxalq ictimaiyyət dünyanın ən həssas regionunda yeni bir müharibə ilə üz-üzə qala bilərdi.

Barak Obamanın müraciətinə buradan baxa bilərsiniz:

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG