Accessibility links

Barak Obama İranla nüvə razılığına ictimai dəstək əldə etməyə çalışır


ABŞ prezidenti çərşənbə günü İranla əldə edlən nüvə razılığına ictimai dəstək əldə edilməsi məqsədi ilə nitq söyləməlidir.

Bu gün isə Barak Obama Amerika yəhudilərinin liderləri ilə İranı atom bombasından çəkindirmək müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan razılığı müzakirə edir. İsrail və ABŞ yəhudiləri prezidentin İran siyasətini kəskin tənqid edir.

Ağ Ev prezidentin razılığa, Konqresin İranı nüvə bomb ası istehsalından çəkindirməklə bağlı beynəlxalq səylərə nəyə görə dəstək verilməli olduğuna dair düşüncələrini açıqlayacağını bildirib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri kəşfiyyat rəsmiləri ilə görüşü zamanı ABŞ-ın İranın ötən ay Vyanada əldə edilən razılığın şərtlərindən yayındığını müəyyən etməkdə çətinlik çəkəcəyini deyib.

Konqres hazırda razılığın 60 gün ərzində nəzərdən keçirilməsi prosesinin ortasındadır. Gələn ay razılıq səsə qoyulacaq.

Respublikaçı qanunvericilər nəticələr barədə fikir söyləməyin çətin olduğunu deyir. Qanunvericilər İranın razılığın şərtlərinə əməl edəcəyindən əmin olmaq istəyir.

Rəy sorğuları isə amerikalıların əksəriyyətinin İranla razılığın dünyanı daha təhlükəli yerə çevirəcəyini düşündüklərini göstərib.

Respondentlərin 57 faizi razılıqğın əleyhinə, 28 faizi isə lehinə olduqlarını bildirib.

1644 adamın iştirak etdiyi sorğuya görə, respondentlərin qalan hissəsi razılıqla bağlı heç bir fikrə malik deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG