ABŞ prezidenti Barak Obama bildirib ki, onun prezidentlik müddətinin başa çatmasına qədər İslam Dövləti qrupuna qarşı mübarizədə əhəmiyyətli inkişaf əldə olunacaqr.
NPR xəbər agentliyinə müsahibədə Obama İslam Dövləti qrupunu "qəddar və iyrənc bir təşkilat" adlandırıb. Lakin o vurğulayıb ki, militant qrupun Birləşmiş Ştatlara verəcəyi ən böyük zərər insanların həyat və dəyərlər haqda fikirlərində dəyişikliyin yaranmasl olardı.
Bir ildən çox müddətdir prezident İraq və Suriyada ABŞ-ın başçılığı ilə militantlara qarşı hava hücumlarının həyata keçirilməsinə səlahiyyət verib.
Həmin vaxtdan bəri koalisiya qüvvələri 9000 hava hücumu həyata keçirib. Obama bildirib ki, İslam Dövləti qrupu nəzarət etdikləri torpaqların 40 faizini itirib.
Lakin militantların Suriya və İraqda əsas şəhərlərə nəzarəti hələ də əldə saxlaması ABŞ-ın cavabı ilə bağlı tənqidlərə yol açıb və Obamanın quru qüvvələri əraziyə göndərməsilə bağlı çağırılşların güclənməsinə gətirib çıxarıb.
Obama NPR xəbər agentliyinə onun administrasiyasının militant qrupa qarşı kampaniyası ilə bağlı haqlı tənqidlərə məruz qaldığını deyib və bunun səbəbini görülən işlər barədə məlumatlandırmanın kifayət qədər olmaması ilə əlaqələndirib.