Accessibility links

Barak Obamanın Yaponiyaya səfəri davam edir [Fotoqalereya]


ABŞ prezidenti Barak Obamanın Yaponiya səfəri davam edir. Cənab Obama bu gün Tokiodakı Meiji ibadətgahını ziyarət edib. ABŞ prezidenti ibadətgaha Birləşmiş Ştatların Yaponiyadakı səfiri Karolin Kennedi ilə gedib.

Kahinlərdən birinin icazəsi ilə cənab Obama ibadətgaha daxil olub və taxtadan düzəldilmiş "İma"-ya arzularını yazıb. Həmin taxta hamının görməsi üçün adətən divardan asılır. Lakin baş kahin həmin taxtanın oğurlanmasından ehtiyat edərək, onun təhlükəsiz yerdə saxlanmasına göstəriş verib.

Meiji ibadətgahının adı ölkənin modernləşməsinə yardım edən, 1912-ci ildə vəfat edən Yaponiya imperatorunun adı ilə eynidir.
XS
SM
MD
LG