Accessibility links

Barak Obama: Kaliforniyadakı kütləvi qətl Amerikanı qorxutmayacaq


ABŞ prezidenti deyib ki, Federal Təhiqat Bürosunun terror aksiyası kimi təhqiq ediləcəyini bəyan etdiyi Kaliforniyadakı kütləvi qətl Amerikanı qorxutmayacaq.

"Bizim qəlbimiz dəhşətli zorakılıqdan sarsılan San Bernardino əhalisi ilədir"-deyə Barak Obama həftəlik müraciətində bildirib.

ABŞ dövlət başçısı bir daha silahlara nəzarət qanunlarının mürəkkəbləşdirilməsinə çağırıb.

Kaliforniyadakı kütləvi qətl Amerikanı qorxutmayacaq

​"Bir prezident kimi mənim vəzifəm Amerika xalqının təhlükəsizliyini təmin etməkdir. Bu, amerikalıları birləşdirən bir vəzifədir. Əlimizdən gələn hər şeyi edib, ölkəmizi müdafiə etməliyik"-deyə Obama sözünə davam edib.

İslam Dövləti isə radiosu vasitəsi ilə etdiyi müraciətində öldürülən ər və arvadın qrupun tərəfdarları olduğunu və onların Allah tərəfindən şəhid kimi qəbul edilməsinə dua etdiklərini bildirib.

Federal Təhiqat Bürosunun direktoru Ceyms Komi isə cütlüyün hər hansısa terror şəbəkəsi ilə əlaqəsinə dair dəlil olmadığını deyib.

ABŞ mediasında San Bernardino qətliamının icraçılarından biri olan Təşfin Malikin İslam Dövləti ilə əlaqəsi olduğuna dair xəbərlər yayılıb. Onun Facebook səhifəsində İŞİD-ə sədaqət andı içdiyi deyilir.

Ehtimal edilir ki, Səid Fərruxun xanımı Malik Facebook-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içib. Andın başqa ad altında Facebook-a yerləşdirildiyi güman edilir.

Kaliforniya ştatının San Bernardino şəhərində Sosial Xidmətlər Agentliyinin keçirdiyi bayram mərasimi zamanı 14 nəfəri öldürən və 21 nəfəri yaralayan 28 yaşlı Səid Fərrux və onun xanımı 27 yaşlı Təşfin Maliki polislə atışma zamanı öldürülüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG