Accessibility links

Namizədlər Ağ Ev uğrunda yarışlarda böyük əhəmiyyət kəsb edən ştatlarda kampaniyalarını davam etdirir


ABŞ prezidenti Barak Obama seçkiqabağı kampaniyasını müxtəlif ştatlarda davam etdirir. Onun bugünkü turnesinə Florida, Virciniya, İllinois və Ohayo daxildir. İllinois ştatında prezident erkən seçkilərdə səs verməlidir.

Digər 3 dayanacağında ABŞ dövlət başçısı tərəfdarları ilə görüşəcək. Barak Obama axşam Vaşinqtona qayıdacaq.

ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni isə bütün günü Ohayoda olacaq. O, Sinsinnati, Vortington və Defiansda kampaniyalar keçirəcək.

Namizədlərin kampaniyalarını davam etdirdiyi bu ştatlar Ağ Ev uğrunda yarışlarda böyük əhəmiyyət kəsb edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG