Accessibility links

Barak Obama Demokratların Qurultayında çıxış etməlidir


Demokratlar ABŞ prezidenti Barak Obamanın çoxdan gözlənilən çıxışının Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintona partiyasına ruh yüksəkliyi verəcəyinə ümid bəsləyir.

Obama demokratlar arasında çox popular olsa da, ölkədə hələ də bölücü fiqur kimi tanınır. Hər iki amerikalıdan yalnız biri onun işindən razılıq bildirir.

Amerikalılar həm respublikaçı namizəd Donald Tramp, həm də Hillari Klintondan narazıdır. Prezident Obamanın Klintona dəstəyi böyük təsirə malik ola bilər.

Obama üçün Klintonun qələbəsi onun vəzifədə olduğu müddətdə əldə etdiyi nailiyyətlərinin qorunması deməkdir. Bu nailiyyətlərə səhiyyə xidmətləri və İranla nüvə razılığı da daxildir.

Respublikçılar isə bu məsələlərin onların mənafeyinə xidmət edəcəyini düşünür. Belə ki, Obamanın siyasətinə olan müxalifət Trampın qələbəsini təmin edə bilər.

XS
SM
MD
LG