Accessibility links

Barak Obama: “Yaş ayaq, quru ayaq” siyasətinə son qoyulur


Bu siyasətə görə, Amerika torpaqlarına ayaq basan hər bir kubalı vizasız ölkədə qalmaq icazəsi əldə edirdi

ABŞ prezidenti “yaş ayaq, quru ayaq” adlandırılan siyasətə dərhal son qoyacağını bəyan edib. Bu siyasətə görə, Amerika torpaqlarına ayaq basan hər bir kubalı vizasız ölkədə qalmaq icazəsi əldə edirdi.

Bu addımı atmaqla biz kubalılara digər mihacirlər kimi münasibət göstərəcəyik

Barak Obama deyib ki, 20 illik bu siyasət fərqli bir era üçün nəzərdə tutulurdu.

“Bu addımı atmaqla biz kubalılara digər mihacirlər kimi münasibət göstərəcəyik. Biz kubalılar və digər ölkələrdən gələn mühacirləri qanuna əsasən qarşılayacayıq”-deyə ABŞ dövlət başçısı bildirib.

Obama bu addımın Kuba ilə əlaqələrin normallaşması istiqamətində atıldığını deyib.

Kuba bu addımı "ağıllı" qərar kimi qiymətləndirib.

Kubanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu siyasət Kubanın təhlükəsizliyinə hədə törətdiyi kimi ABŞ-ın da təhlükəsizlyinə təhdid idi.

XS
SM
MD
LG