Accessibility links

Obama Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarır


Obama Americas Summit
Obama Americas Summit

ABŞ prezidenti Barak Obama 50 il sürən düşmənçilikdən sonra Kuba ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərin bir hissəsi olaraq kommunist ölkəni Birləşmiş Ştatların terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq istədiyini bildirb.

Amerika lideri öz niyyətini Konqresə ABŞ Dövlət Departamentinin Kubanın son altı ayda beynəlxalq terrorizmə dəstək vermədiyi və ABŞ-ı gələcəkdə də bunu etməyəcəyinə əmin etdiyini bildirməsindən sonra sonra çatdırıb.

Cənab Obama bu addımı Panamada Kuba prezidenti Raul Kastro ilə görüşdən bir neçə gün sonra atır. Bu, iki ölkənin liderləri arasında 50 ildən çox müddət ərzində keçirilən ilk görüş olub.

Kubanın terrorizmi dəstəkləyən ölkələr siyahısında olması iki ölkə arasında münasibətlərin normallaşması qarşısında əsas maneələrdən biri idi.

ABŞ-ın terrorizmi dəstəkləyn ölkələr siyahısında qalan ölkələr İran, Sudan və Suriyadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG