Prezident Barak Obama hər iki partiyadan qanuvnericiləri gələn həftənin sonu onunla bərabər tarixi Kuba səfərinə qatıllmağa dəvət edib. Tam siyahı açıqlanmasa da, Amerikanın Səsi dəvəti aldıqlarını təsdiq edən bəzi senatorlarla danışıb.
Prezident fikirləri ilə, apardıqları siyasətlə razılaşmadığı dünya liderlərinin ölkələrinə səfər edir və onları daha demokratik standratlar qəbul etməyə təşviq edir.Riçard Durbin
Respublikaçı senator Ceff Fleyk Twitter hesabında Kubaya getməyi və Konqresin bu hüququ tez bir zamanda hər bir amerikalıya tanımasını səbirsizliklə gözlədiyini bildirdib.
Digər bir respublikaçı Cerri Moran dəvəti iş qarifiki ilə üst-üstə düşdüyünə görə rədd edib. “Gedə bilməyəcəm,” dəyə o bildirib.
Kanzas ştatından olan bu senator uzun zamandır ABŞ kənd təsərrüfatı məhsullarının Kubaya satışını təbliğ edir.
“İqitsadi əlaqələr Kuba hökümətinə hökümət və insanlar arasında münasibətdə dəyişikliklər etməsi üçün təzyiq göstərir,” deyə Moran bildirib. “Fikrimcə, iqtisadi imkanlar fərdi azadlıqlara tələbatı artırır.”
Obamanın Kuba ilə diplomatik əlaqələri bərpa etmək qərarını dəstkləyib-dəstəklmədiyini barədə suala, Moran “50-60 ildən sonra fərqli bir strategiyanı yoxlamaq olar,” deyə cavab verib.
Lakin Kuba mənşəli demokrat senator Robert Menendesin sözlərinə görə, Kubada insan haqları ilə bağlı vəziyyət Vaşinqtonla Havana arasında diplomatik əlaqələrin bərpasına haqq qazandırmır. Buna bənzər tənqidi fikri iki digər kubalı-amerikalı senator, hazırda prezidentliyə respublikaçı namizəd olan Ted Kruz və Marko Rubio da səsləndirib.
Senatda ikinci ən yüksək vəzifəyə sahib olan demokrat Riçard Durbin isə məsələyə fərqli baxışa malikdir.
“Bu prezident bizi xarici siyasətə daha yeni, daha real baxışla təmin edib. İndi Kuba ilə əlaqələr bərpa olunub və orada yeni ideyalar, yeni düşüncə tərzləri yarana bilər,” deyə Durbin bildirib. “Prezident fikirləri ilə, apardıqları siyasətlə razılaşmadığı dünya liderlərinin ölkələrinə səfər edir və onları daha demokratik standartlar qəbul etməyə təşviq edir. Burada baş verən də elə budur. ”
Durbin Kuba səfərində prezident Obamanı müşayiət etmək istədiyini və iş qrafikini buna uyğunlaşdırmağa çalışdığını deyib .