Accessibility links

Barak Obamanın Latın Amerikasına səfəri başa çatıb


ABŞ prezidenti Barak Obama Latın Amerikası səfərini başa vuraraq, Vaşinqtona dönür. Səfəri zamanı o, Argentinanı ziyarət edib və Kubaya tarixi səfər edərək orada prezident Raul Kastro ilə görüşüb.

Öz liderlərimiz və insanlarımızın etdiyi cinayətlərlə üzləşmək üzücü ola, insanı alt-üst edə bilər. Amma bütün vətəndaşlarının haqlarına hörmətlə yanaşan bir ölkədə sülhdolu və firavan gələcək yarada bilmək üçün bunu etmək çox vacibdir.

Obama, xanımı, iki qızı və qaynanası ilə birlikdə cümə günü Buenos Aires Ezeiza Beynəlxalq Hava Limanını Air Force One təyyarəsində tərk edib.

Obama Birləşmiş Ştatların Argentinanın keçmiş diktatorluğu altında həyata keçirdiyi vəhşiliklər barədə danışmaqda gecikdiyini, amma öz administrasiyasının “keçmişlə dürüst və şəffaf bir şəkildə üzləşəcəyini” deyib.

“Burada, Argentinada, baş verənlər təkcə Argentinaya xas hadisələr deyil və keçmişlə məhdudlaşmır,” deyə Obama Buenos Ayresdə bildirib. “Bizim hər birimizin hər ötən gün önündə öhdəliyi var ki, ədalətsizliklə və ya qanun aliliyinin pozulduğu ilə qarşılaşsaq, bu barədə daha çox danışıb, bunun qarşısını ala bilək,” deyə o bildirib.

Cümə axşamı Obama Argetinada qəddar hərbi rejimin qurulmasına səbəb olan hərbi çevrilişin 40-cı ildönümündə “Çirkli Müharibə” nin qurbanlarının xatirəsinə salınmış parkı ziyarət edib.

Barak Obama və Argentina prezidenti Maurisio Makri
Barak Obama və Argentina prezidenti Maurisio Makri

Prezident deyib ki,bir cəmiyyətin keçmişinin qaranlıq hissələri ilə üzləşməsi cəsarət tələb edir.

“Öz liderlərimiz və insanlarımızın etdiyi cinayətlərlə üzləşmək üzücü ola, insanı alt-üst edə bilər. Amma bütün vətəndaşlarının haqlarına hörmətlə yanaşan bir ölkədə sülhdolu və firavan gələcək yarada bilmək üçün bunu etmək çox vacibdir,” deyə Obama bildirib.

Məxfi ABŞ sənədləri Birləşmiş Ştatların insan haqlrının iddia etdiyi kimi Argentinada 1976-1983-cü illər arası “Çirkli Müharibə” zamanı 30 min insanın ölümü və yoxa çıxmasına görə məsuliyyət daşıyan hərbi rejimi dəstəklədiyni göstərir.

Obama isə deyib ki, onun adminstrasiyası Amerikanın bu diktatorluqla əlaqəsi ilə bağlı məlumat verən daha çox sənədləri açaraq müvafiq dəyişiklər etməyə cəhd edəcək.

XS
SM
MD
LG