Accessibility links

Obama təbii fəlakətdən sonra Luiziana ştatını ziyarət edib


ABŞ prezidenti Barak Obama ölkənin cənub-şərqində təbii fəlakətə məruz qalmış Luiziana ştatını ziyarət edib.

Amerika lideri ştat sakinlərini onun administrasiyasının bərpa işlərini prioritet etdiyinə əmin edə biləcəyinə ümid bəsləyir. “Siz tək deyilsiniz. Televiziya kameraları buranı tərk edəndən sonra bütün ölkə sizi dəstəkləməyə davam edərək”-deyə prezident Obama sellərin böyük zərər vurduğu Baton Ruj şəhərində bildirib.

Prezident Obama Luiziana ştatının 64 dairəsindən 20-də fəlakət zonası elan edib. Beləliklə, bu dairələrə federal yardımın çatdırılmasına imkan yaranıb. ABŞ-ın Fövqəladə Hallar üzrə Milli Agentliyi FEMA federal yardım üçün 115 min insanın müraciət etdiyini və təbii fəlakətin nəticələrini aradan qaldırılması üçün 127 milyon dollar məbləğində yardım fondunun hazır olduğunu bildirib. 700-dən çox ailə güclü sellər və daşqınlarından sonra mehmanxanalar və motellər kimi müvəqqəti sığınacaqlara yerləşdirilib.

Prezident Barak Obama Baton Ruj şəhərində sakinlərlə görüşür
Prezident Barak Obama Baton Ruj şəhərində sakinlərlə görüşür

Avqustun 8-i və 14-ü arasında baş vermis sellər və daşqınlar nəticəsində 13 insan həyatını itirib. Təbii fəlakət nəticəsində 60 mindən çox ev dağılıb və minlərlə insan evsiz qalıb.

Amerikanın Qırmızı Xaç təşkilatı selləri Birləşmiş Ştatlarda 2012-ci ildə baş vermis Sendi super qasırğasından sonra ən böyük təbii fəlakət adlandırıb.

XS
SM
MD
LG